Məhsul kodu: 1247
Xocalı şəhərindən əsir düşmüş gənc qız Elnurə erməni əsirliyində hər cür işgəncə və zülmlərlə qarşılaşır. Gözünün qabağında ata, anası, balaca qardaşı, sevgilisi vəhşicəsinə öldürülür. Özü isə dəfələrlə ermənilər tərəfindən zorlanır.
Əsirlikdən sonra Mingəçevir şəhərində yaşayan dayısıgildə yaşamağa başlayan Elnurəyə məlum olur ki, hamilədir. İçindəki analıq, insanlıq hissi uşağı tələf etməyə qoymur və o, bu uşağı dünyaya gətirməyə qərar verir. Elnurənin həyatının da ən ağır günlər elə bundan sonra başlayır. Təzyiq və təhqirlər, cəmiyyət qınağı və sairə...