Cənnətin Qılıncları

Məhsul kodu: 1288

  • 20 AZN


Müəllif
Lesli Blanş
Kateqoriya
Araşdırma , Biqorafiya-Memuar , Proza
Nəşriyyat
Teas Press
Səhifə
568
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Lesli Blanşın Cənnətin qılıncları əsəri Qafqaz motivləri üzərində qurulmuş tarixi romandır. Müəllif bölgənin Rusiya tərəfindən işğal edilməsi kampaniyasını bu proseslə bağlı olayların o dövrün siyasi çəkişmələrinin kontekstində, ictimai-siyasi və mədəni mühitləri təsvir və müqayisə etməklə yanaşı, Mürid müharibələri dövrünün məşhur fiqurlarının portretini yaradıb.
Şamil nəhəng Rusiya imperiyasına qarşı inanılmaz dərəcədə sarsılmaz və davamlı mübarizə apararaq ona kəskin zərbələr vurmuşdur. Təxminən 600 min rusiyalının məhvinə səbəb olmuş və təxminən 40 il davam etmiş bu mübarizədə Dağıstan Aslanı kimi təqdim olunan böyük sərkərdə Şeyx Şamilin uğurlarının başlıca səbəbi, insan kimi fərdi xüsusiyyətləri, ailə həyatı, ömrünün ruslara təslim olduqdan sonrakı hissəsi və digər başqa, olduqca maraqlı mövzular kitabda geniş əks olunmuşdur.
L.Blanş bu əsərdə gah tarixçi, gah mədəniyyətşünas, gah da ədib kimi görünür: bəzən yurdumuzda bələdçimizə oxşayacaq; bəzən ədəbi tənqidçi olub Qafqazla bağlı əsərləri saf-çürük edəcək; hətta oxucunu bu bölgədə baş vermiş hadisələrdən ilhamlandırıb yeni bir əsər yaratmağa həvəsləndirəcək, hazır süjet formulları, ideyaları verəcək birisinə. Məqsəd aydındır: Yazıçı hadisələri, mühiti fraqment kimi deyil, küll halında təqdim etməyə çalışıb.
Müəllif əsərdə Şərq, rus və Avropa ədəbiyyatından, müxtəlif səyahətnamələrdən, o dövrün canlı şahidlərinin xatirələrindən, əsas iştirakçılarının nəvə-nəticələrinin söhbətlərindən romanı daha maraqlı və oxunaqlı edəcək xeyli sitat gətirib.
Dəyərli oxucu kifayət qədər maraqlı olan bu əsərdən olduqca böyük zövq alacaq.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar