Məhsul kodu: 1498
Kitab dahi rus şairi, Rusiya ədəbiyyatının əbədi Günəşi hesab edilən A.S.Puşkinin həyatının son illərinə həsr edilmişdir. Əsərdə A.S.Puşkinin yaşadığı dövrün haqsızlıqları, çirkinlikləri, çar Nikolayın və onun hökumətinin üç üzü arxiv sənədləri əsasında böyük məharətlə açıqlanır. Mənəviyyatsız, düşüncəsiz, ömrünün mənasını yalnız kef-damaqda, əyləncələrdə keçirən Hollandiya səfirinin nümayəndəsi Dantes və onun atalığı Hekkerenin riyarkarlığının qurbanı olan böyük şairin üsyankar ruhu 1837-ci ilin yanvarın 29-da günorta saat 14:45-də əbədiyyata qoşulur. 5 pərdədən və 17 şəkildən ibarət olan bu dram əsəri öz süjetinin dramatikliyi ilə fərqləndiyindən, hesab edirik ki, o, geniş oxucu auditoriyası üçün hədsiz maraqlı olacaqdır.
Kitab ədəbiyyatsevər geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.