Zamanın Qısa Tarixi

Məhsul kodu: 1511

  • 10.99 AZN
  • 8.8 AZN


Müəllif
Stephen Hawking
Kateqoriya
Elmi-Kütləvi , The New York Times Bestsellers , Araşdırma , Populyar Elmi
Nəşriyyat
Qanun
Səhifə
248
Tərcümə
Araz Gündüz
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

ZAMANIN QISA TARİXİ. BÖYÜK PARTLAYIŞDAN QARA DƏLİKLƏRƏ QƏDƏR

Stiven Uilyam Hokinq dünya şöhrətli nəzəriyyəçi-fizik və kosmoloq olmaqla yanaşı, elmin populyarlaşması üzrə görkəmli alimlərdən biri kimi tanınır. Hokinqin elmi çalışmalarının başlıca mövzusu dünyanın yaranışı, bu yaranışa səbəb olması güman edilən Böyük Partlayış və həmçinin, qara dəliklər adlanan fiziki hadisələrlə bağlıdır. Bununla yanaşı, Hokinqin elmi fəaliyyəti ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikasını bir araya gətirməklə, Kainat üçün vahid bir elmi nəzəriyyə yaratmaq istiqamətinə yönəlib. İlk dəfə 1988-ci ildə çap olunan, “Zamanın qısa tarixi” kitabı nəşr olunduğu gündən indiyədək 10 milyondan artıq tirajla çap edilib və bu gün də öz aktuallığını qoruyub saxlayaraq, elmi-kütləvi əsərlər sırasında seçilən bir bestsellerə çevrilib.

Kitabın maraqlı cəhətlərindən biri – burada Eynşteynin məşhur E=mc2 tənliyindən başqa heç bir formuldan istifadə olunmayıb. Stiven Hokinqin özünün də qeyd etdiyi kimi o, bu kitabında mürəkkəb riyazi-fiziki hesablamalardan istifadə etməməklə, geniş oxucu çevrəsinin anlaya biləcəyi bir dildə, müasir elmin dünyanı dərk etmək yolunda keçdiyi mürəkkəb yolu və gəldiyi son nəticələri incələməyə çalışıb.

Oxuyacağınız bu kitabın dünyagörüşünüzün zənginləşməsində və yaşadığımız Kainatın sirlərinə bələd olmağınızda yetərincə böyük təsiri olacağına inanırıq.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar