Məhsul kodu: 1535
Frenk Kaupervud birja dəllalıdır. O, birjada Filadelfiya şəhər bələdiyyəsinin vasitəçisi olaraq müxtəlif maliyyə
əməliyyatları aparır, əlindəki külli miqdarda vəsaitdən istifadə edərək, paralel olaraq öz biznesini də qurur və xeyli
varlanır. Ancaq Frenk bu işdə tək deyil. O, Respublikaçılar Partiyası şəhər təşkilatı rəhbərlərinin şəhər xəzinədarı
vəzifəsinə oturtduqları Corc Stinerlə əlbirdir. Bacarıqsız və istedadsız, vəzifəyə ancaq qorxaq və itaətkar olduğuna
görə təyin olunan Stiner diribaş və çevik, birja və maliyyə məsələlərindən son dərəcə yaxşı anlayan Kaupervudun
sayəsində əməlli-başlı varlanır.
Ancaq qonşu Çikaqoda qəflətən baş verən fəlakət – irimiqyaslı yanğın hər şeyi bir anda alt-üst edir. Birjada qalxan
panika Kaupervudu müflis edir və nəticədə şəhər xəzinədarı ilə aralarındakı gizli maliyyə fırıldaqları üzə çıxır, hər iki
şəxs məhkəmənin qərarı ilə həbs olunur.
Lakin onların həbsinin əsas səbəbi bələdiyyə xəzinəsindən götürülən vəsaitin israf olunması deyil. Çünki bu
presedent əvvəllər də olub. Məsələ burasındadır ki, Kaupervud evli olduğu halda, partiya boslarından birinin –
Batlerin qızıyla eşq macərası yaşayır və bundan xəbər tutan ata, nəyin bahasına olursa olsun, qızının namusunu
ləkələyən adamdan qisas almaq istəyir.