Məhsul kodu: 1619
Harvard Universitetinin dini simvolizm üzrə professoru Robert Lenqdon Parisə mühazirə söyləməyə gəlib. Mühazirə qurtarandan sonra o bütün dünyada məşhur olan Luvr muzeyinin hörmətli kuratoru ilə də görüşməyi planlaşdırır. Amma kurator görüşə gəlmir. Həmin gecə Lenqdonu yerli polisin nümayəndələri oyadır, ona deyirlər ki, kuratoru qətlə yetiriblər, onu Luvr muzeyinə, cinayət baş verən yerə aparırlar. Robert cinayət yerində çaşdırıcı kodlarla rastlaşır.
Polislər kuratorun qətlində Robertdən şübhələnir. Robert isə kuratorun nəvəsi, kriptologist Sofinin köməyilə çaşdırıcı kodları açmağa çalışır. Əgər onlar bu kodu vaxtında aça bilməsələr qədim bir həqiqət əbədi olaraq açılmamış qalacaq.