Məhsul kodu: 1644
Kitabın Türkiyədə senzura ilə nəşr olunmasına səbəb yazarın Atatürkün şəxsi həyatı, içkisi, əyləncəsi haqqında da geniş yazmasıdır. Ancaq bütün bunlara baxmayaraq Mustafa Kamalın yorulmadan necə çalışdığını, necə lider olduğunu da qeyd edib. Yazarın özünün də dediyi kimi O, lövhə və tabaşiri silah kimi daşıyan sadə rəhbər idi .Xalqlar üstün fərdləri ilə tanınır. Türk xalqından danışarkən xatırlanan ilk şəxsiyyət Atatürkdür. Atatürk “mümkün deyil” fəlsəfəsini darmadağın edən, məğlub vəziyyətdə ikən cəsarət və qətiyyət nümayiş etdirərək qalib gəlməyi bacaran uğurlu nümunədir