Məhsul kodu: 1834
Gənc tələbə çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından hüquq fakültəsini yarıda buraxır. O, var-dövlətin yaramaz, parazit və mənəviyyatsız insanların əlində cəmləşdiyini düşünür. Cəmiyyətin inkişafına xeyir verəcək insanlar buna görə sıxıntı içəri-sindədir. Belə bir ədalətsizliyə son vermək üçün tələbə varlı sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Lakin kimsənin onu görmədiyinə və arxada iz buraxmadığına əmin ola-ola iztirab çəkir. O, artıq paklığını və insanlığını itirmişdir. Vicdan əzabına dözməyən
tələbə qəlbən saf olan bir qıza cinayətini etiraf edir. Bundan sonra polisə təslim olaraq Sibirə katorqaya gedir.
Zəifləri və alçaldılmışları xilas etmək üçün qanunu pozmaq olarmı? Romanın qayəsini bu sual təşkil edir. Cavabsa əsərin özüdür.
Müəllifin ən yaxşı romanlarından olan “Cinayət və cəza”nın oxucunu daim gərginlikdə saxlayan süjet xətti vardır. Dünyanın böyük yazarları bu romanı detektiv janrın şedevri hesab edir.