Məhsul kodu: 1989
“Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” — marksizmin əsas əsərlərindən biridir. Bu əsərdə bəşəriyyətin ilkin inkişaf mərhələlərində onun tarixinin elmi təhlili verilmiş, ibtidai icma quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinifli cəmiyyətin yaranması prosesi aşkara çıxarılmış, bu cəmiyyətin ümumi səciyyəvi əlamətləri göstərilmiş, müxtəlif ictimai-iqtisadi formasiyalarda ailə münasibətlərinin inkişaf xüsusiyyətləri aydınlaşdırılmış, dövlətin mənşəyi və mahiyyəti aşkara çıxarılmış və sinifsiz kommunizm cəmiyyətinin qəti qələbəsi ilə dövlətin ölüb getməsinin tarixən labüdlüyü sübut edilmişdir.