Məhsul kodu: 2226
Azərbaycan ictimai-fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün “Difai” adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. Bakıdan – Batuma, Qarabağdan – Dağıstana geniş şöhrət qazanan təşkilatın on minlərlə üzvü var idi. “Difai”nin meydana çıxması ilə Qafqazda qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişildi…