Aşma

Məhsul kodu: 2392

  • 7.00 AZN
  • 5.6 AZN


Müəllif
Ağalar Məmmədov
Kateqoriya
Fəlsəfə , Araşdırma , Psixologiya
Nəşriyyat
Qanun
Səhifə
0
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Kitabın II nəşri, müəllifin I nəşrdə çap olunmayan 1 məqaləsi və 1 müsahibəsi də daxil edilərək genişləndirilib. Bu dəfə kitabın tərtibatı və keyfiyyəti daha yüksək səviyyədə hazırlanıb. Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. Kitabda “Fəlsəfə işığında dil”, “Kulturo-etik yazılar”, “İslamın çadrasız üzü”, “Zaman, allah-insan, ölüm”, “Siyasi-ideoloji yazılar” kimi 10-dan çox əsas başlıq yer alıb. “Aşma” sözü fəlsəfi baxımdan mənim üçün özündə transsendensiya, sintez(is) və eks-sistensiya anlayışlarını birləşdirir. Dağı, dərəni, uçurumu, pilləni, mərhələni, problemi, çətinliyi, yanlışı, halı, ideyanı, dövrü, kültürü, özünü aşmaq olar; vardan yoxa, yoxdan vara və nəhayət, metafiziki o taya (ötəyə) aşmaq olar. Aşmaq – adlamaq, arxada qoymaq, ötmək, uzaqlaşmaq, keçib getmək, öhdəsindən gəlmək, qalib gəlmək deməkdir. Aşmaq – anlamaqla olur! Aşmaq dəyişməkdir. Buna görə də, bu dəyərli söz həm “başa düşmək” anlamını, həm də “var olmaq” anlamını özündə birləşdirib daşıyır. Var olmaq – hərəkətdə, tərpənişdə, yolda olmaq deməkdir. Buna görə də aşmada dinamizm anlamı var. Böyümək özü-özünü aşmaq deməkdir. Bu kitab mənim özümün ayrı-ayrı aşmalarımdır. Uzun illərdir ki, mən bu “aşma” sözünün sehrini aşa bilmirəm. Buna görə də onu kitabımın adı kimi seçdim.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar