Rəqqasə

Məhsul kodu: 2650

  • 2.99 AZN
  • 2.4 AZN


Müəllif
Kənan Hacı
Kateqoriya
Proza
Nəşriyyat
Qanun
Səhifə
88
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

O qız döyüşə könüllü yollanmışdı. Bütün günü qanlı yaralarla oynayırdı, gəncliyinin ən gözəl çağları mərmilərin gurultusu altında keçirdi. İncə ayaqları əsgər botinkasının içində qabar-qabar olmuşdu, zərif çiyinləri avtomatın ağırlığından döyənək olmuşdu.

Çox sonralar təsadüf nəticəsində sağ qaldığına heyfsilənmişdi. Atılan mərmilərdən biri onun yaxınlığına düşmüşdü, beyni silkələnən qızı hospitala aparmışdılar. Sağ qaldığına sevinə bilməmişdi. On yeddi yaşında həyatın hər üzünü görmüş bu qızcığaza həyatı necə sevdirmək olardı?..

Müharibədən sağ çıxan qız dinc həyatda özünü, ruhunu qoruya bilmədi. Siz bu qızı müxtəlif situasiyalarda görəcəksiniz – dindar qadın kimi, fahişə kimi, rəqqasə kimi…

O, niyə birdən-birə gəlib fahişəxanaya düşdü? Sonra dindar həyatı yaşayan bu köməksiz qadın bir gün gecə klubunda rəqqasə qiyafəsində qarşına çıxır. Fələyin çaldığı havaya süzdüyünün fərqində deyildi…

O, göbəyini əsdirə-əsdirə hələ də taleyilə ­dö­yüşürdü…


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar