Məhsul kodu: 2864
İslam və XX əsr mədəniyyəti Musa Sədrin ərəb dilindən dilimizə tərcümə edilən ilk əsəridir.
O bu kitabda islam mədəniyyətinin bünövrəsini təşkil edən konsepsiyalara və onun əsas parametrlərinə aydınlıq gətirir.
Həmçinin burada İsgəndəriyyə və Cundişapurdan tutmuş, Hərran, Hindistan və Mərvə qədər olan bir coğrafiyada formalaşan və bəşəriyyətə Molla Sədra fəlsəfəsi, İbn əl-Ərəbi təsəvvüfü və yüzlərlə elmi kəşflər miras qoymuş yeni mədəniyyətin nailiyyətləri ilə tanış olacaqsınız.
Müəllif islamın on dörd əsrdən sonra belə, möhkəm ictimai və iqtisadi dayaqlara söykənən yeni və mükəmməl bir mədəniyyət qurma əzmində olduğunu isbat etməyə çalışır.
Sonda o belə bir nəticəyə gəlir ki, islam dini bəşəri mədəniyyətləri qəbul etmək, öyrənmək, mənimsəmək və onlara təkan vermək üçün geniş tutuma malikdir. Həmçinin bunu insanın həyatdakı vəzifələrindən biri və onun kainatdakı missiyası hesab edir.