Məhsul kodu: 2868
Bu kitabda Şopenhauerin bütün şüurlu həyatı və fəlsəfi yaradıcılığı dövründə – 22 yaşından başlayaraq ömrünün sonunadək – qələmə aldığı müxtəlif düşüncələrindən seçmələr toplanmışdır. Dövrünün gözəl esseçilərindən sayılan və aforizm üslubunda yazmağa üstünlük verən Şopenhauer qeydlərində özünün fəlsəfi təlimi və ümumilikdə dünyanın mahiyyəti və perspektivləri ilə bağlı düşüncələrini yığcam bir şəkildə yazıya almışdır. Şopenhauerin araşdırdığı metafizik suallara hələ də konkret cavablar tapılmadığından, bu kitab ən azından insanlığı minilliklər boyunca düşündürən taleyüklü sualları sərgiləmək və onlara cavab axtarmaq, habelə, bugünkü biliklərə yiyələnmiş oxucunun böyük filosofla qiyabi dialoq aparmaq imkanları baxımından da çox maraqlıdır. Ümid edirik ki, bu kitabın nəşri Azərbaycanın ictimai fikrinə az bəlli olan görkəmli filosofu tanıtmaq baxımından faydalı bir addım olacaq.