Kölə Edilmiş Ağıl

Məhsul kodu: 2912

  • 10 AZN
  • 8 AZN


Müəllif
Çeslav Miloş
Kateqoriya
Proza
Nəşriyyat
Alatoran
Səhifə
303
Tərcümə
Samir Bulut
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

… İnsan adətən yaşadığı quruluşun təbii olduğunu hesab etməyə meyillidir. İşə gedərkən gördüyü evləri insan əməyi və ağlının bəhrəsindən daha çox torpağın özünün yaratdığı qayalar kimi təsəvvür edir. Ofisdə, ya da idarədəki məşğuliyyətinin dünyanın harmonik həyatı üçün mühüm və həlledici olduğunu düşünür. Onun fikrincə, geydiyi paltarlar və ətrafdakı insanlar elə bu cür olmalıdır.

Tanışlarının qədim Roma köynəkləri və orta əsr zirehləri geyə biləcəyi fikri onu güldürür. Nazirin, yaxud bank direktorunun ictimai mövqeyi ona mühüm və həsəd doğuran bir şey kimi görünür. Çoxlu pulu isə əmin-amanlıq və təhlükəsizliyin zəmanəti hesab edir. O inanmır ki, uşaqların oynadığı, pişiklərin mürgülədiyi, yaxşı tanıdığı bir küçədə əlində kəmənd tutmuş bir atlı peyda ola bilər və yoldan ötənləri tutub, dərhal qətlə yetiriləcəkləri və qarmaqlardan asılacaqları sallaqxanaya sürükləyər. Eyni şəkildə o, intim sayılan fizioloji tələbatlarını mümkün qədər ədəblə, yad gözlərdən uzaq, çox da düşünmədən ödəməyə vərdiş edib. Bir sözlə, o, özünü bir az “Qızıl hərisliyi” filmində evdə ora-bura vurnuxan, amma uçurumun kənarında olduğunu bilməyən Çaplin kimi aparır. Lakin səkiləri bombalardan sınmış vitrin şüşələri ilə örtülən, küləyin təşviş içində köçmüş idarələrin kağız-kuğuzunu qovduğu küçə ilə ilk gəzinti – insanın köhnə vərdişlərin təbiiliyinə olan inamını qırır. Üstünə çoxlu sayda möhür vurulmuş, “xidməti istifadə üçün”, “tam məxfi” kimi sözlər yazılmış bu kağızlar necə uçuşurdular! Nə qədər seyf, açar, direktorların ətli buxaqları, konfranslar, kuryerlər, yazı makinalarının əsəbi halda tıqqıldadan xanımlar vardı! Amma indi külək bu kağızları küçədə ora-bura qovur, onları hamı götürüb oxuya bilər, ancaq heç kəsin buna həvəsi yoxdur – daha təcili işləri var, məsələn, bir kilo çörək tapmaq. Eybi yoxdur, həyat davam edir. Qəribədir. Adam küçə ilə gedir və bombanın yarıya böldüyü evin qarşısında yubanır. Evlərin intimliyi, ailə qoxusu, arı pətəyi kimi istiliyi, sevgi və nifrətin xatirəsini daşıyan mebel! Indi isə hər şey göz önündədir, ev öz quruluşunu açıb göstərir və bu öz yerində əbədi dayanan qaya deyil, bu maladır, əhəngdir, kərpicdir, taxtadır. İkinci mərtəbədə isə indi bəlkə də mələklərə xidmət edən tənha və böyük, ağ bir vanna var, yağış nə zamansa onun içində yuyunanlar barədə xatirələri suya çəkərək axıb süzülür. Yaxın vaxtlara qədər pərəstiş edilən qüdrətli insanlar sahib olduqları hər şeyi itiriblər, indi kəndləri gəzərək bir ovuc kartof üçün yalvarırlar. Pul bircə günün içində dəyərdən düşür – mənasız sözlər yazılmış kağız parçasına çevrilir…

Yeni vərdişlər qazanmağa başlamaq lazımdır. Axşamüstü səkidə bir meyitə rast gələn şəhərli əvvəllər dərhal telefon köşkünə tərəf qaçardı, ölünün yanına çoxlu avara yığışar və hərə öz fikrini deyərdi. İndi şəhərli bilir ki, qaramtıl gölməçənin içində uzanmış bu müqəvvanın yanından sürətlə ötüb keçmək lazımdır…

Budur, əlində kəmənd tutmuş atlı peyda olur. Küçənin tinində brezentlə örtülmüş yük maşını dayanıb. Yoldan ötən adam təhlükə hiss etmədən tini burulur və birdən ona tuşlanmış avtomat lüləsi ilə qarşılaşır. Əllərini yuxarı qaldırır. Onu yük maşınına itələyirlər. Bu andan etibarən o, öz yaxınları üçün həlak olub. O, həbs düşərgəsində əsir olacaq, ya da onu divara dayayıb hökumət əleyhinə şüarlar qışqırmasın deyə ağzına gips tökəcəklər və güllələyəcəklər… Bu qismətdən qaçmaq üçün ən yaxşısı evdən çıxmamaqdır. Lakin ailənin atası evdən çıxmağa məcburdur. Çünki arvadı və uşağı üçün çörək və şorbaya bəs edəcək qədər pulu nə yollasa qazanmalıdır. Hər axşam ailə təşviş keçirir. Qayıdacaq, yoxsa qayıtmayacaq…


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar