Məhsul kodu: 2983
Milan Kundera – XX-XXI əsrlərin kəsişməsindəki ən maraqlı və çox oxunan nasirlərdən biridir. «Ölümsüzlük» onun ən çox düşünülmüş və eyni zamanda da intellektual nəsrin bestsellerinə çevrilmiş ən sirli romanıdır. O, oxucuları üslub rəngarəngliyi, hisslərin mürəkkəbliyi və qəhrəmanların düşüncələri ilə ovsunlayır.
Dahi Höte Heminqueylə söhbət edir. Bettina fon Arnim dahi Höteyə olan qeyri-adi hissləriylə əbədilik axtarır, iyirmi il xoşbəxt ailə həyatı yaşayan Anyes ölümdən sonra tək qalmağı arzuladığını başa düşür, üzgüçülük paltarında olan yaşlı xanım isə gənc və gözəl qadın ədasıyla yüngülcə jest edir – bütün bunları zaman və məkan boşluğu arxasından müəllif diqqətlə izləyir. Sanki onun əlində sehrli şüşə var, dairə boyunca qaçaraq zərif hərəkətlərlə və kobud düşüncələrlə, işlə, qayğılarla, özgələşdirilmiş sevgi və hisslərin illüziyası ilə bu şüşənin arxasındakı insan qəlbinin bir və əsas hissəsini – ölümsüzlüyü işıqlandırır.