Məhsul kodu: 2985
Bəzən heç nəyə əl vurmadan baş götürüb getmək istəyir, adam. Yaşamaq üçün çoxdur bu ömür, inanın mənə.
“Narahat olma, düzələr”ə qalır üç yüz altmış beş gün həyat. Hər addımda qarşına çıxan dolanbac yollar və it günündə yaşamaqdan başqa bir şey deyil, dünya. Ala-toranlıqda ümid gəzməkdi bir cib sıxıntıyla, əlləri boş, hədər yerə gün yandırmaqdı, mənəvi işgəncədi…