Məhsul kodu: 3008
Romanın qəhrəmanı, Rikin oğlu, Tomun atası, İngiltərə Təhlükəsizlik xidmətinin uğurlu məmuru Maqnus Piyem kimdir? Onun təhsilinə kimlər xüsusi nəzarət edirdi? O, kimin adamıdır? Maqnusun qəfildən yoxa çıxmağı təkcə onun dostlarını və həyat yoldaşını nigarançılığa salmamışdı, düşmənləri də xeyli narahat idi. Dövlət sirri təhlükə altındadır. Piyem haqqında həqiqətlər tədricən ortaya çıxır. Oxucu roman boyu məşəqqətli mübarizənin nəticəsində Maqnus Piyemin mükəmməl bir xəfiyyəyə necə çevrildiyinin şahidi olur.
John Le Carre romanları klassik xəfiyyə janrının ən dəyərli nümunələrindən biridir. Onun məharətlə yazılmış romanları dünyada böyük oxucu kütləsi qazanmasına səbəb olmuşdur. John le Carreyə ən böyük uğur gətirən əsər “Sonuncu Xəfiyyə” romanıdır.