Məhsul kodu: 3081
Elxan Elatlı Eksperiment romanında 70 ildən artıq hökmranlıq etmiş sovet diktaturasının əsl üzünü, saxtakar simasını göstərməklə gənclərimizi dövlət müstəqilliyinin qədrini bilməyə çağırır. Roman yazıçının əvvəlki əsərlərindən kəskin fərqlənir. Belə ki, onu ədəbiyyatımızda ilk uğurlu karyera romanı da adlandırmaq olar.
Uzaq bir kənddə yazıb-oxumağı bacarmayan, olduqca çirkin, mənəviyyatca az qala bütün mənfilikləri özündə cəmləmiş bir naxırçı ilə rastlaşan nazir Rəfizadə eksperiment marağı xatirinə onu paytaxta aparıb hərtərəfli dəyişmək, sonda öz tabeliyindəki zavodların birinə direktor müavini təyin etmək qərarına gəlir. Jurnalist dostu bunun əsla mümkün olmayacağını desə də nazir fikrindən dönmür. Naxırçını şəhərə apararaq onun həm zahiri baxımdan, həm də mənən dəyişdirilməsi prosesinə başlayır və tabeliyindəki bəzi adamları da bu işə qoşur.
Nəticə necə olur? Nazir həmin mənfi tipi nəzərdə tutduğu mərtəbəyə yüksəldə bilirmi? Vəzifə pillələrində addım-addım yüksələn naxırçının psixologiyasında nələr baş verir? Bəs apardığı eksperiment nazirin özünə nə qazandırır? Bu suallara sonsuz maraqla oxuyacağınız romanda cavab tapacaqsınız.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.