Məhsul kodu: 3137
Bu kitab «Kitab klubu»nun başladığı “Osmanlıcadan tərcümə türkə nə deməkdir” adlı yeni layihənin ilk məhsuludur.
Layihənin məğzini M.Ə.Sabirin aşağıdakı misraları tam ifadə edir:
“Osmanlıcadan tərcümə türkə” - bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!
Sizə təqdim edilən bu kitabın dilinə toxunulmayıb, yalnız dilimizdə az-az işlədilən söz və ifadələrin hər səhifənin sonunda tərcüməsi verilib. Kitabın sonunda da bu sözlərin toplandığı lüğət var.
Fikrimizcə belə təqdimat oxucuya həm türkcəni öyrənməyə kömək edər, həm də artıq türkcə oxumağa alışmış oxucuların marağına uyğun olar.