Məhsul kodu: 3302
Sevgi - qorxu və güvən ilə birlikdə insan həyatında üç önəmli hissdən biridir. Sevdiyinə görə özünə dərin güvən duyan insan adətən onu itirməkdən qorxur, elə buna görə də Sevgi haqlı olaraq bu üç hissdən ən vacibi sayılır. Duyğuların tufanını, insan qəlbindəki dəyişimləri ustalıqla kağıza köçürməsi baxımından Mopassan dünya ədəbiyyatında bənzərsiz yazarlardan biridir. Təsadüfi deyil ki, dünyanın ən nəhəng iki-üç nasirindən biri sayılan Lev Tolstoy onun iki hekayəsinə dərin heyranlıq duyduğundan onları fransizcadan çevirməklə rus oxucularına tanıtmağı özünə borc bilmişdir.