Məhsul kodu: 3307
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır.
Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehranda doğulub. Atası Söhrab Diba İran Ordusunun zabitlərindən idi. Eyni zamanda, Sorbonnada (Fransa) hüquq təhsili almışdı. Diba (farsca “ipək” mənasını verir) ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Fərəh Pəhləvi Tehrandakı Janna d’Ark və Razi məktəblərini bitirəndən sonra Parisdə memarlıq təhsili aldı. Memarlığa duyduğu böyük sevgi bütün həyatı boyunca davam elədi.