Məhsul kodu: 3374
“Bu dünyanın altı da, üstü də elə bir sirlərlə doludur ki, sən onları öz müdrik yuxularında görə bilməzsən, Qoratsio”.
Hamlet U.Şekspir
Həmişəki kimi, yenə düşüncəliydi…
Akvariumun qarşısında durub, balıqları seyr edirdi. Yaraşıqlı, balaca balıqların bu balaca məkanlarında cəldliklə üzərək yem axtarması, onların həyat eşqinin yüksək olması beyninin yaxşı işləməsinə, hər iki beyin yarımkürələrinin eyni anda siqnal ötürməsinə yardımçı olurdu. Eyni zamanda, balıqların durmadan hərəkəti onun da barmaqlarının dayanmadan hərəkətinə səbəb olurdu. Hər iki əlinin barmaqlarını bir-birinə əks istiqamətdə növbə ilə baş barmağına toxundurur və bu ritual onun canlandırır, yeni fikirlər, yeni planlar gətirirdi ağlına…
Əsərdə qəhrəmanın həyatı boyu rastlaşdığı insanlardan aldığı müsbət və mənfi təsirlərin nəticəsi olaraq, onun həyatının formalaşması, həmçinin Kainat Qanunlarının insan taleyində rolundan bəhs edilərək, oxucuya öz həyatının mənasını götür-qoy etməsində kömək edir. Eyni zamanda, qəhrəmanın iş adamı olaraq yaratdığı şirkətin bütün işlərini insanların durumunun daha da yaxşılaşması, onlara zərər deyil, fayda verməsi, həyatlarına gözəlliklər, ümid və həyat eşqi bəxş etməsi üzərində qurması bizneslə məşğul olmaq istəyənlər üçün bir örnək ola bilər. Ümumiyyətlə, bir nəfəsə oxunan bu roman yaşından, təbəqəsindən asılı olmayaraq, bütün insanlarda mənəvi dəyərlərin formalaşmasına, Allaha olan sevginin, imanın daha da dərinləşməsinə, insanlara öz iç dünyalarını anlamalarına səbəb ola biləcək kamil əsərlər sırasına qoyula bilər.