Məhsul kodu: 3420
lis Haulend minbir əziyyətə qatlaşaraq qurduğu həyatı ilə qürur duyur. 50 yaşlı bu qadın Harvard Universitetində koqnitiv psixologiya fənni üzrə professor vəzifəsində çalışır. Dünyaca məşhur linqvistika mütəxəssisi olan Elisin uğurlu ailə həyatı və üç övladı var. Günlərin bir günü istiqaməti itirməyə və unutqanlıqdan əziyyət çəkməyə başlayanda ona həyatını – ailəsi və cəmiyyətlə münasibətlərini həmişəlik dəyişəcək faciəvi bir diaqnoz qoyulur.
Erkən Altsheymer xəstəliyinə yaxalanmış bir insanın təsirli və parlaq həyatının təsviri olan bu valehedici, eyni zamanda vahiməli süjetə malik “Elə həmin Elis” romanı “Ağılın oyunları” romanı qədər maraqlı, “Adi adamlar” əsəri qədər unudulmazdır.