Məhsul kodu: 3425
...1941-ci il. Gənc italyan zabiti, kapitan Antonio Korelli işğalçı qüvvələrin tərkibində Kefaloniya adasına göndərilir. Yerli əhali onu əvvəlcə qəbul etmir, amma Korelli qısa vaxt ərzində sübut edir ki, o, mədəni, zarafatcıl, vicdanlı bir musiqiçidir, əsas məqsədi də müharibə yox, sülhdür. Yerli həkimin gənc qızının öz nişanlısına, gizli partizan dəstəsinin üzvünə yazdığı məktublar cavabsız qalanda onun ürəyində işğalçı ordunun zabitinə qarşı sevgi hissləri cücərir.
Bəs görəsən, işğalçıya olan bu kövrək məhəbbət işğalçı ilə müdafiəçi arasındakı məsafənin get-gedə daraldığı, vəhşilik və qəddarlığın tüğyan etdiyi bir vaxtda dəhşətli müharibənin od-alovundan sağ-salamat çıxa biləcəkmi?