Məhsul kodu: 3433
“...Bleyk toy gecəsinin necə olacağı haqda fikirləşməmişdi. O, lüks bir hoteldə otaq sifariş vermişdi, həmin axşam taxtda tək yatdı, arvadı isə ondan bir-iki metr aralıdakı yataq otağında yuxuya getmişdi. O, kilsədəki öpüşdən hələ doymamışdı. Atasının vəkillərini inandırmaq üçün Samantanı öpmüşdü, sanki rol oynayırdı. Ancaq Samanta ilə birlikdə kilsədən çıxandan sonra bu rolunu təzədən oynamaq, təzədən təkrar etmək istəyirdi. Samantanın gözlərindəki parıltı, onun gözlərinə baxanda qızarması o demək idi ki, o da özünü eynilə Bleyk kimi hiss edir. Lənət şeytana, Bleyk bu hissləri özündən uzaqlaşdırmalı idi. Müqavilə ilə evləndiyi arvadına qarşı oyanan ehtirası içində boğmalı idi. Həmişə üzünə gülümsəyən, məşuqələri barədə sorğu-suala tutan arvadı onun içindəkiləri hiss etməməli idi. Hələ ilk dəfə Samantanın firmasına gedəndə onun dediyi “siz evləndiyiniz qadınla sevişməyəcəksiniz” sözlərini yadına saldı. Qərara gəldi ki, xanım Harrisondan tezliklə uzaqlaşmalıdır, yoxsa ehtirasını boğa bilməyəcəkdi. Bleyk üstünə örtdüyü adyalı kənara atıb Samantanın otağındakı işığın yanmasını gözlədi. O, artıq Londondakı ofisinə guya ilk baxışdan vurulduğu qızla tez-tələsik etdiyi toy barədə xəbər vermişdi...”
“...Bleyk qadının sözlərinə fikir vermədi, onu qucağına alıb yuxarı mərtəbədəki yataq otağına apardı. ...Samanta aşağı düşəndə səhər tezdən idi. Axşam yemək otağının döşəməsində qalan paltarları orada yox idi, stolun üstündəki qablar da götürülmüşdü. Samanta utandı. Evin qulluqçusu ilə aşpazı onların yemək otağında sevişdiyini yüz faiz bilmişdi. Qız Meri ilə Luizanı görəndə onların üzünə baxmağa utandı. Hər ikisi Samantaya qarşı çox nəzakətli idi. Samanta ürəyində fikirləşdi ki, bəlkə Bleyk keçmiş sevgililəri ilə yatandan sonra onlar döşəmədən pal-paltar yığışdırmağa adət ediblər. Avropaya yola düşməmişdən qabaq paltarlarını yığanda Samanta Bleykə bu haqda sual verdi: – Bleyk, sənin paltar dolablarında keçmiş sevgililərinin alt paltarını tapa bilərəmmi? Yəni sənin evində Vanessanın, ya da Jaklinin ayrıca paltar dolabı varmı? Samanta yaxşı bilirdi ki, bu sualı verməli deyil. Amma öyrənmək istəyirdi ki, Bleyk məşuqələri ilə bu evdə sevişib, ya yox...”