Məhsul kodu: 3463
1915-ci ildə Kanadanın Kvebek əyalətində dünyaya gəlmiş yəhudi əsilli Amerika yazıçısı, Nobel mükafatı laureatı Sol Bellou 1944-cü ildə “Göylərin və yerin arasında” adlı əsəri ilə şöhrət qazanmışdır. Yazıçı həmçinin, 1953-cü ildə “Oqi Marçanın macəraları” əsərinə görə “İlin ən yaxşı” kitabı milli mükafatına layiq görülmüşdür. 1964-cü ildə “Hersoq” əsəri də eyni mükafatı qazanmışdır.
1976-cı ildə Sol Bellou Nobel mükafatına layiq görülmüş, 1983-cü ildə Fransanın prezidenti tərəfindən “Fəxri Legion” ordeni, 1988-ci ildə isə ABŞ-ın Milli Medalı ilə təltif edilmişdir.
1995-ci ildə balıqdan zəhərlənən və uzun müddət xəstə olan Sol Bellou 2005-ci ildə vəfat etmişdir.