Məhsul kodu: 3696
Muğannanın hələlik son əsəri olan “İlan dərəsi və ya peyğəmbərin taleyi” povesti insanın öz yaradılma tarixinə olan marağını cavablandırır. Ən önəmli məsələ isə İsa Muğanna türk millətinin gələcəyinə böyük ümidlə baxır.
Kitabda yazıçının avtobioqrafik səciyyəli “Həyatımdan səhifələr” əsəri, eləcə də “İlan dərəsi və ya Peyğəmbərin taleyi”, “Qırx kisə qızıl” və “Söz yarası” povestləri yer alıb. İsa Muğanna sovet təbliğat maşını ilə yanaşı repressiya və təqiblərin də yaxşı işlədiyi bir vaxtda Azərbaycan cəmiyyətində baş verənləri, ədəbiyyata olan amansız təzyiqləri canlandıraraq, öz başına gələn bir sıra hadisələri də qələmə alıb.