Məhsul kodu: 3758
Fransız yazıçısı Jül Vern elmi-fantastik roman janrının yaradıcılarından biridir. Onun “80 gün dünya ətrafında səyahət”, “Üzən ada”, “2000 lye su altı ilə”, “On beş yaşlı kapitan” və s. əsərləri bu gün də maraqla oxunur. Səyahət etməyi çox sevən Jül Vern macəra romanı janrında da əsərlər yazmışdır. Onun 1868-ci ildə qələmə aldığı “Kapitan Qrantın uşaqları” bütün dünyada oxucuların ən çox sevilən əsərlərindən biridir.
“Britaniya” gəmisi qəzaya uğradıqdan sonra gəmi kapitanı Qrant və yoldaşları itkin düşürlər. Bundan xəbər tutan kapitan Qrantın uşaqları Meri və Robert atalarını axtarmaq üçün macəra dolu səyahətə çıxırlar. Bu işdə onlara “Dunkan” gəmisinin kapitanı və gəmi heyəti köməklik edir. Meri və Robert atalarına qovuşmaq üçün bir çox fəlakətlərlə üzləşməli, bir dəstə quldurla mübarizə aparmalı olurlar. “Robert yuxudan oyandı və ətrafının onlarca qorxunc və yırtıcı canavarlar tərəfindən sarıldığını gördü. Bu qədər yırtıcının öhdəsindən gəlmək çətin olacaqdı. Çünki canavarlar çox, barıt və güllə isə az idi...” “Adamyeyən maorilər qəflətən səyyahları mühasirəyə aldılar. Qadınlar da daxil olmaqla hamısının əl-qolunu bağlayıb qayığı mindirdilər...”