Məhsul kodu: 3764
Məşhur gürcü yazıçısı Nodar Dumbadze Tbilisidə dünyaya göz açmışdır. 1937-ci il repressiyaları zamanı valideynləri sürgün olunan Nodar qohumlarının evində böyümüşdür. O, Tbilisi Universitetinin iqtisadiyyat fakültəsini bitirmiş, lakin öz sənəti üzrə çox az işləmişdir. 1957-ci ildən özünü bütünlüklə yaradıcılığa həsr etmiş, bir neçə bədii jurnalda redaktor, baş redaktor kimi çalışmışdır. Dumbadze bir sıra şeir, hekayə və romanların müəllifidir.
“Mən, nənəm, İliko və İllarion” romanı Dumbadzenin avtobioqrafik əsərlərindən sayılır. Yetim uşaq Zuriko kənddə nənəsi və qonşuları – İliko və İllarionla birlikdə yaşayır. Böyük Vətən müharibəsi illərində öz yaxınlarını cəbhədə itirmələrinə, çətin və ağır şəraitdə yaşamalarına baxmayaraq, bu insanlar hələ də gülməyi, sevinməyi və həyata ironiya ilə baxmağı bacarırlar.