Məhsul kodu: 3771
Məşhur qırğız yazıçısı Çingiz Aytmatov orta və ali təhsilini vətənində almış, 1952-ci ildən doğma dilində hekayələr yazmağa başlamışdır. Sonralar Moskvada Ali ədəbiyyat kurslarını keçən ədib həm də rus dilində yazmağa başlamışdır. Onu dünyada məşhurlaşdıran “Cəmilə” povesti olmuşdur. Aytmatovun başlıca əsərləri “Gün var əsrə bərabər” romanı, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” povestləri hesab olunur.
1977-ci ildə yazılmış “Dəniz kənarıyla qaçan Alabaş” əsərində dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi ağır sınaqlardan bəhs olunur.