Məhsul kodu: 3804
“Ən yeni tərcümə” seriyasından Viktor Pelevinin “Omon Ra” əsəri nəşr olunub. Bu, tanınmış rus yazarının Azərbaycanda nəşr olunan ilk əsəridir. Kitabın Azərbaycanda yayım hüquqları “Qanun nəşriyyatı”na məxsusudur. “Oman Ra” Günel Mövlud tərəfindən tərcümə olunub. Viktor Pelevin kitabının azərbaycanca nəşrindən məmnun olduğunu bildirim.
Viktor Pelevinin “Omon Ra” (1991) romanı baş qəhrəmanın adı ilə adlandırılmışdır.
Süjet Sovet kosmonavtlarının Aya uçuşuna hazırlığı üzərində qurulmuşdur. Onlardan biri kitabm baş qəhrəmanı – Omon Krivomazov həm uçuşun özündə, həm də kosmonavtikanın “ifşasında” iştirak edir. Viktor Pelevinin özünün etirafına görə, kitabda simvolik mənada kommunist cəmiyyətini, “Sovet Kosmosu”nu ifadə edən “tonal” ideyasından istifadə edilmişdir. Kitab kosmonavtlara deyil, əlahiddə “Sovet kosmosu”nda yaşayan sadə adamlara – “Sovet kosmosu qəhrəmanları”na həsr edilmişdir.
Süjetdə Maresyev adına yay peşə məktəbinin adı çəkilir. Orada kursantlar məktəbə daxil olduqdan sonra Vətən naminə onların ayağı kəsilir, sonra isə təyyarələri idarə etmə öyrədilir. Məktəbin rəhbəri deyir ki, ayaqlarını Vətənə hər kəs hədiyyə edə bilər, ağır iş deyil, “Sən həyatını qurban verməyi sına!”. Kitabda ötəri də olsa, həmçinin, buraxılış imtahanları ilə pulemyot atəşləri ilə müşayiət olunan Aleksandr Matrosov adına piyada məktəbi və məzunları iflic və kor əlillər olan Pavel Korçagın adına ali hərbi-siyasi məktəbin də adı xatırladılır.
1993-cü ildə Viktor Pelevinin “Omon Ra” povesti iki ədəbi mükafata – “İnterpresskon” və “Bronzovaya ulitka” mükafatlarına layiq görülmüşdür. Hər iki mü-kafat “Orta forma” kateqoriyasında verilmişdir.