Kəmalüddövlə Məktubları

Məhsul kodu: 3812

  • 6.5 AZN
  • 5.2 AZN


Müəllif
Mirzə Fətəli Axundzadə
Kateqoriya
Klassika , Proza
Nəşriyyat
Qanun
Səhifə
160
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Hər bir azərbaycanlının cib kitabı

Kəmalüddövlə ilə Cəlalüddövlə şahzadədirlər. Hər ikisi siyasi təqiblər üzündən Misirə köçməyə məcbur olmuşlar. Kəmalüddövlənin vətəni Hindistanda ingilislər ağalıq edir, onlar Kəmalüddövlənin atası Övrəng Zibi hakimiyyət başından götürüb məmləkətə sahib olmuşlar. Cəlalüddövlə isə vətəni İranda despotun özbaşınalığına və zülmünə dözə bilməyib Misirə köçmək məcburiyyətində qalmışdır.

Göründüyü kimi, hər iki şahzadə ölkələrində hökm sürən vəziyyətlə barışa bilmir, vətənlərinin geridə qalmasına acıyır və düçar olduqları fəlakətdən xilas olmaq üçün yollar axtarır.

Kəmalüddövlə səyahətə çıxır, əvvəl Amerika, sonra Avropa ölkələrini gəzir. Onun bu səyahəti adicə seyr etmək və ya əylənmək məqsədi daşımır, öz ölkəsinin və xalqının, eləcə də Şərq xalqlarının geridə qalması səbəblərini öyrənmək, tərəqqi etmiş ölkələrin ictimai-siyasi quruluşu ilə tanış olmaq, bir sözlə, onların irəliləməsinin əsas şərtlərini araşdırmaq üçündür. Bu müdrik səyyah Qərb ölkə-ərini gəzdikdən sonra dostu Cəlalüddövlənin xahişi ilə onun vətəni İrana gedir.

Kəmalüddövlə İranın pərişan halını görüb kədərlənir, Amerika və Avropa ölkələrinin abadlığını və əhalisinin sərbəst yaşayışını Şərq ölkələrindəki vəziyyətlə müqayisə etdikdə dəhşətə gəlir. Dəhşət bir də ona görədir ki, bu ölkələrin əhalisi və onların dünyadan xəbərsiz başçıları düçar olduqları vəziyyətin ağırlığını dərk etmir, ona görə də xalq hər cür zülmə, rəzalətə dözür, “nəşəyi-azadiyyətdən və hüquqi-insaniyyətdən” xəbərsiz yaşayır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar