Məhsul kodu: 3830
“Dörd yanı çağdaş insanlarla, tanışlarla və qan bağlarıyla dolub daşan kişinin ATAlığındakı tənhalıq, bəlkə də, hər birimizin tənhalığıdır. Bizi bu tənhalıq girdabına salan, varlığımıza qəriblik barını dadızdıran, görəsən, bizə qədərki və bizdən sonrakı dünyanın üzərində gəzib dolaşan, savaşıb barışan, deyib-gülən iki ayaqlı məxluqların hansı yanlışlığıdır? Yaxud da bir fərd kimi bizim bu tənhalığımız buralardamı qazanıldı, kənardanmı təlqin edildi ki, bütün bu dünya süsü, gözəlliyi qarşımızda axıb gedərkən, nədən, niyə qalxıb genetik və ruhsal kimlik arayışımızı israrla davam etdiririk? Biz böyük Şərdən əsərdəki ata kimi necə qorunmalıyıq? Sözsüz ki, gerçək müstəvidə canı canımızdan olanları görə bilmək imkanımıza sahib çıxmadıqca, həm qəriblik, həm də dünya tənhalığının seylablarında axıb gedəcəyik. “naməlum ailə”nin gizlinləri mistik bir mətn kimi oxucuya “məni oxumaq zorundasan”, – deyir.”