Bunları Düşün

Məhsul kodu: 4090

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Jiddu Krishnamurti
Kateqoriya
Araşdırma , Fəlsəfə , Elmi-Kütləvi , Fərdi inkişaf-Motivasiya
Nəşriyyat
Başla Kitab
Səhifə
242
Tərcümə
Turqut Qaraca
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

Gənc yaşlarda həyatı anlamağa başlamasanız, getdikcə daxilən dağınıq bir insa¬- na çevriləcəksiniz. Pulunuz, şöhrətiniz olsa belə, bahalı maşınlarda gəzsəniz belə, daxilən boş və darıxdırıcı birinə çevrilmiş olacaqsınız. Buna görə də öz kiçik otağı¬nızdan çıxıb səmanın bütün əzəmətini qavramağınız çox önəmlidir. Lakin içinizdə sevgi yoxdursa, bunu edə bilməyəcəksiniz. Fiziki və ya ilahi bir sevgi yox, sadəcə sevgi. Quşlara, ağaclara, çiçəklərə, müəllimlərinizə, ata-ananıza və onlardan ziyadə, bütün insanlığa qarşı sevgi. Sevginin nə demək olduğunu kəşf edə bilməsəniz, bu böyük bir faciə olmazmı? İndidən sevməyi bacarmasanız, gələcəkdə onu əsla öyrənə bilməyəcəksiniz, çünki yaşınız artdıqca, sevgi deyilən şey çirkinləşmiş, sahib olub, alıb-satdığınız bir şeyə çevrilmiş olacaq. Amma indidən qəlbinizdə sevgiyə yer verməyə başlasanız, əkdiyiniz ağacı, sığalladığınız yiyəsiz heyvanı sevsəniz, böyüyəndə dar pəncərəli kiçik otağınızda ilişib qalmadan oradan çıxıb bütün həyatı sevə bilərsiniz. Sevgi emosional deyil, faktualdır. Sevgi, uğrunda göz yaşı tökəcək bir şey, bir hiss deyil. Sevginin sentimentallıqla heç bir əlaqəsi yoxdur. Sevgini gənc yaşlarda tanımağınız çox vacib, ciddi bir məsələdir. Bəlkə də valideynləriniz və müəllimləriniz sevginin nə demək olduğunu bil- mirlər. Özüylə və digər toplumlarla daima mübarizə halında yaşayan bu cür bərbad bir dünya, bərbad bir cəmiyyət yaratmalarının səbəbi də budur. Sahib olduqları dinlər, fəlsəfələr və ideologiyalar bütünlüklə səhvdir, çünki heç biri sevgi daşımır. Sadəcə bir parçanı qavrayıb dar bir pəncərədən çölə baxırlar. Gördükləri şey, xoş və geniş ola bilər, ancaq həyatın dərinliyi bununla sona çatmır. Bu cür güclü sevgi hissinə sahib olmadan əsla tamı qavraya bilməzsiniz. Buna görə də daima özünü bədbəxt hiss edən insanlara çevrilmiş olacaqsınız. Həyatınızın sonunda isə əlinizdə küldən və çoxlu boş sözdən başqa bir şey qalmayacaq.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar