İslam Elmlər Tarixi

Məhsul kodu: 4091

  • 5 AZN
  • 4 AZN


Müəllif
Fuat Sezgin
Kateqoriya
Araşdırma , Elmi-Kütləvi , Din , Tarix
Nəşriyyat
Başla Kitab
Səhifə
198
Tərcümə
Turqut Qaraca
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

İnsan yaddaşsız yaşaya bilmədiyi kimi, xalqlar və mədəniyyətlər də yaddaşsız var ola bilməz. İnkarın özü üçün belə bizim yaddaşa ehtiyacımız var. Türkiyəyə elmlər tarixini gətirmiş Hellmut Ritterin tələbəsi olmuş Fuat Sezgin İslam Elmlər Tarixi ndə yeni bir çağın banisi sayıla bilər. Böyük bir fəxrlə 65 ili aşan zəhmətdən kiçik bir damla olaraq tərcümə etdiyimiz bu kitabı Azərbaycan oxucusuna təqdim edirik. Bu kitab ümumilikdə dilimizdəki ilk müqayisəli elm tarixi kitabıdır.

Gənc nəsillərin müsəlmanların elmlər tarixindəki yeri ilə bağlı müsbət və ya mənfi, nə qədər fərqli şeylər öyrən¬diklərini bilmirəm. Amma bu xüsusda nəzərdən qaçmayan bir həqiqət var ki, o da müsəlmanlar, xüsusilə də türklər çox vaxt İslam mədəniyyət dünyasının elmlər tarixindəki yerini ya çox az bilir, ya heç bilmir, ya da bu mədəniyyət dünyasına qarşı çox yanlış fikirdədirlər. Əsas olaraq da, Qərb dünyasının bugünkü üstün vəziyyəti bir çox müsəlmanda, yenə xüsusilə türklərdə adətən bir əskiklik hissinə yol açır. Ortada gözdən qaçmayacaq bir həqiqət də var ki, bir çox aydın Qərb dünyasına çatmağın tək çarəsini türkləri dindən xilas etməkdə görür. Mən həyatımın 60 illik araşdırma müddətində hər gün bir az daha çox İslam mədəniyyətini tanımağın və tanıtmağın Qərb dünyasına çatma cəhdi baxımından ən sağlam, daha doğrusu tək yol olduğuna inandım. Bugünkü biliklərimə əsasən – hansı ki bunu həqiqətə nisbətlə çox yoxsul görürəm – gənc Qərb mədəniyyətini İslam mədəniyyətinin dəyişik, coğrafi və iqtisadi şərtlər altında reallaşan davamı olaraq qiy¬- mətləndirirəm. Bu mənada İslam elmləri Yunan elmlərinin bir davamı olaraq inkişaf etdi. Digər tərəfdən Yunan elmlərinin təməllərinin Misir və Babil elmlərinə dayandığını elmlər tarixi yavaş-yavaş ortaya qoyur. Mənim üçün elmlər tarixi bir bütündür. Elm tarixçisinin vəzifəsi bu bütünü meydana gətirən parçaları uyğun bir şəkildə, hisslərdən, önyarğılardan uzaq, tam bir obyektivliklə dəyərləndirmək və tanıtmaqdır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar