Məhsul kodu: 4141
Theodor W. Adorno nun şah əsəri sayılan “Minima Moralia” 1951-ci ildə
nəşr olunub. Müəllif bu kitabında, demək olar ki, onu maraqlandıran
bütün mövzuları - fəlsəfi məsələləri, gündəlik həyat, siyasət, ədəbiyyat və
musiqi, faşizm, irqçilik, hakimiyyət, fəhlə hərəkatının tarixi və başqa
problemləri – diqqət mərkəzinə gətirmiş və öz baxış süzgəcindən
keçirmişdir. Kitab qısa fraqmentlər şəklində yazılıb.
Kitabın iç yarımbaşlığı Zədələnmiş Yaşam Haqqında Düşüncələr adlanır.
Bu yarımbaşlıq həm Adorno nun şəxsi tarixini açıqlamaq həm də o tarixlərdən
etibarən formalaşmağa başlamış olan ictimai həyatı ortaya
qoymaq baxımından olduqca mənalıdır. Modern həyat yadlaşma
nəticəsində zədələnmişdir və başqa yandan Adornonun Nasist iqtidarı
zamanı sürgündə, yəni fərdi anlamda da ayrıca olaraq zədələnmiş bir
həyatı vardır. Fraqmentlər, həm bu ümumi həm də özəl tarixi izləyərək
oxuna bilər. Adorno nun öz sözüylə desək, bu kitab çoxdan unudulmuş
olan düzgün yaşamaq qaydaları haqqındadır.
Bu baxımdan kitab yeri gələndə ümidli axtarışları dilə gətirir və yeri
gələndə də bədbin və kədərli bir çıxılmazlığı nəzərə çarpdırır. Bir çox
başqa arqument və təklifin olmasıyla birlikdə, Adorno nun bütün
tənqidlərini və dəyərləndirməsini kitabdakı bu sözlərilə ortaya qoymaq
mümkündür: Yanlış yaşam doğru yaşanmaz
Minima Moralia, eksiztensializm və psixoanaliz kimi bir sıra düşüncə
sistemi ilə yanaşı olaraq; Kant, Nietzsche, Heidegger kimi bir çox
mütəfəkkirlə aparılan tənqidi dialoqun məhsuludur. Kitabda şəxsi
məsələlərdən ümumi tarixə və mövzuyla bağlı bütün sistemlərə uzanan
bir açıqlama üslubundan istifadə edilir və buradan çıxan nəticələr fəlsəfi
yöndə inkişaf etdirilir.
Bundan əvvəl Alatoran Yayınlarında Theodor W. Adorno nun “Avtoritar
Şəxsiyyətin Necəliyi” (2016) əsəri çap olunmuşdur.