Məhsul kodu: 4150
«Pinokkio» dünya ədəbiyyatının gülməli və eyni zamanda təsirli əsərlərindən biridir. Onun vətəni İtaliyadır. Uzunburun taxta kukla – Pinokkio obrazının məhz İtaliyada yaranması isə heç də təəccüblü deyil. Çünki İtaliya kukla və maska teatrlarının vətənidir. “Pinokkionun macəraları” romanı «Don Kixot», «Qulliver» və s. ölməz əsərlər kimi çox məşhurdur. «Pinokkio» başdan-ayağa cazibə, optimizm və insanlara qarşı sevgi hissiylə doludur. Karlonu dünyaya tanıdan və ilk adı “Oyuncaq hekayəsi” olan bu roman “Yalan danışmaq bir uşağın sahib ola biləcəyi ən pis xüsusiyyətdir” fikri əsasında qələmə alınıb.
Dözümsüz, xeyirxah, hazırcavab, ağılsız, səfeh, uzunqulaq kimi axmaq, keçi kimi inadkar, ağlağan, güləyən, xudbin və comərd xüsusiyyətləri özündə cəmləşdirən taxtaburun Pinokkionu bütün dünyada tanıyırlar, xüsusən uşaqlar bu nağıl qəhrəmanını çox sevir. Çünki bu fantastik romanın cazibəsi hər şeydən əvvəl onun insan xarakterlərinin real təsvirindədir. Obrazlar oxucuya gündəlik həyatdan tanışdır.
Dünya uşaq ədəbiyyatının ilk nümunələrindən sayılan və ilk dəfə 1883-cü ildə kitab şəklində nəşr edilən bu roman indiyə kimi 240 dilə tərcümə edilib. Romanın tərbiyəvi əhəmiyyəti ondan ibarətdir ki, uşaqlar Pinokkionun nadincliyindən, yaramazlığından başına gələn hadisələri oxuyub ibrət götürür, yaxşı insan olmağa can atırlar.
Carlo Collodi The Adventures of Pinocchio
Karlo Kollodi Pİnokkİonun macəraları