Ruhlarla Söhbət

Məhsul kodu: 4228

  • 15 AZN


Müəllif
Allan Kardek
Kateqoriya
Parapsixologiya , Araşdırma , Hobbi , Mistika
Nəşriyyat
Teas Press
Səhifə
420
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
72

Qısa məzmun

Biz haradan gəlmişik, nə üçün yaşayırıq, hara gedirik? Mən nə vaxt, harada, necə öləcəyəm? Cənnət və cəhənnəm deyilən bir yer varmı?
İnsan oğlu özünü dərk edən gündən indiyə qədər bu əbədi suallara cavab axtarıb. Hətta nə fəlsəfə ilə, nə də dinlə maraqlanmayanlar belə - savadlılar da, savadsızlar da; qadınlar da, kişilər də; varlılar da, kasıblar da; millətindən, dinindən, irqindən asılı olmayaraq, hər kəs nə vaxtsa özünə Ölümdən sonra həyat varmı? sualını verib, o biri dünyanın mövcud olub-olmaması haqqında söylənən fikirlərə heç vaxt biganə qalmayıb, ümumiyyətlə, həyatın ən sirli, ən müəmmalı, ən möcüzəli, ən acı, ən qorxunc, eyni zamanda ayrılmaz bir parçası olan ölümün nə olduğunu dərk etməyə çalışıb.
Əlinizdə tutduğunuz bu kitabda sizi narahat edən bu əbədi suallara cavab tapacaqsınız. Bu cavablar nə filosofların, nə din xadimlərinin, nə peyğəmbərlərin, nə müqəddəslərin, nə də materialistlərlə idealistlərin cavablarıdır. Bu suallara cavab verənlər nə vaxtsa bizim kimi həyatda yaşayan, sonra isə ölüb bu dünyanı tərk edən insanların bizim o biri dünya adlandırdığımız bir məkanda yaşamaqda davam edən ruhlarıdır. Oxucu insanı ölümdən sonra nələrin gözlədiyini ilk dəfə olaraq bu kitabdan oxuyacaq, həqiqəti məhz ruhların dilindən dinləyəcək, bunun bir növ canlı şahidi olacaq. Ruhlarla söhbət i oxuduqca dərk edirik ki, ölümü başa düşmədən həyatın mənasını anlamaq mümkün deyil, eləcə də həyatı başa düşmədən ölümü anlamaq qeyri-mümkündür.
Spiritizm nəzəriyyəsinin fundamental əsəri olan Ruhlarla söhbət ilk dəfə 1857-ci il aprelin 18-də Parisdə işıq üzü görüb. Məşhur medium Allan Kardekin tərtib etdiyi bu kitabda müəllifin özünün və onun medium həmkarlarının həyatı tərk etmiş insanların ruhlarına verdikləri həyat və ölüm haqqındakı 1000-dən çox sualın cavabları əks olunub. Ruhlarla söhbət nəşr olunduğu gündən indiyədək Fransada, Avropada, eləcə də dünyanın digər ölkələrində müxtəlif nəşriyyatlar tərəfindən, müxtəlif dillərdə, milyonlarla tirajla çap edilib və indi də çap olunmaqdadır. Azərbaycan oxucularına ilk dəfə təqdim olunan - bəzi ölkələrdə müqəddəs bir kitab kimi qəbul edilən bu kitab 1857-ci il Paris nəşrindən tərcümə olunmuşdur.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar