Məhsul kodu: 4669
Kitabda Mehdi Hüseynzadənin cəsurluğu, qeyri-adi igidliyi yeni arxiv materialları və nadir sənədlər əsasında yazılıb. Təkcə vətənimizdə deyil, İtaliya , Yuqoslaviya, Fransa və başqa Avropa ölkələrində də yenilməz qəhrəman kimi tanınan Mixaylo-Mehdi Hüseynzadə xalqımıza baş ucalığı gətirib. Ş. Nəzirli yeni kitabında həm də Mehdinin ilk gənclik illərindən-bacılarının, məktəb və tələbə dostlarının xatirələrinə xüsusi yer verib. Cəmi 26 il yaşayan Mehdi şair və rəssam, hazırcavab bir gənc idi. Əsərdə onun ilk gəncliyində və əsirlikdə olanda “Qürbətzadə” imzası ilə yazdığı şeirlər və 1935-ci ildə qələmə aldığı poema ilk dəfə oxuculara təqdim olunur.