Məhsul kodu: 4702
Dərviş hekayətlərinin sırf əyləncəvi cazibəsinin böyüklüyünə baxmayaraq, onlar heç vaxt sadəcə folklor, nağıl və ya əfsanə kimi qavranılmayıb. Bu hekayətlər hazırcavablıq, nəfislik və konstruktiv kamillik baxımından hər hansı mədəniyyətin ən yaxşı hekayələri ilə müqayisə olunacaq səviyyədə olsalar da, onların sufi hekayətləri kimi təlim funksiyaları müasir dünyada çox az məlumdur. Zira, bu funksiyaları təsvir etmək üçün indi nə texniki, nə də populyar terminlər mövcud deyil.
Dərvişlərin hekayətləri ndə təqdim olunan materiallar min illərin ruhani təcrübəsini əks etdirir. Dərviş-ustadlar öz müridlərinə bu və ya digər ibrətamiz hekayətlərin köməyi ilə uzun əsrlər boyunca dərs keçiblər. Hekayətlərdə məqsəd müridin qavrayışını gücləndirmək idi ki, bunun nə olduğu da adi insanlar üçün bir sirr olaraq qalır.