Məhsul kodu: 4724
Ayağımızın altındakı torpağa sevgi ilə baxaraq addımlayırıq. Ancaq səssizcə irəliləyərkən belə ağlımıza bəzi düşüncələr gəlir. Əgər daxil olduğumuz bu vəziyyət yalnızlığın əxlaqsızlığıdırsa, insanlar bundan xilas olmaq üçün nə edə bilər? Əgər tək olmaq ən böyük günahdırsa, onda yaxşı və pis nədir?
“Çoxluqdan gələn hər şey yaxşıdır. Təklikdən gələn hər şey pisdir”. Doğulduğumuz andan etibarən bizə öyrədilən şey budur. Biz bu qaydanı pozduq, ancaq heç vaxt ona şübhə ilə yanaşmadıq. Ancaq indi, meşədə addımlayarkən, ona şübhə ilə yanaşırıq.