Məhsul kodu: 4740
Beləliklə, analara səslənirik: Lütfən, başqa cür öyrədilməyi qəbul edin! Bu çağırış sizdə sual doğuracaq: “Nə üçün biz?” – Çünki siz, ilk tərbiyəçilərsiniz. Hər kəsdən əvvəl sizin öyrədilməyiniz məcburidir. Bütün həyat sizin içinizdən, sizin yanınızdan başlayır. Körpə bir uşağın irəlidə alacağı forma, qazanacağı xarakter, yaxşı və ya pis, sizin əsəriniz olacaqdır. Siz ağ analara, könül mələklərinə çevrilib, səbrli, gülərüzlü, ağıllı və saf insanlar səviyyəsinə çatsanız, uşaqlarınız da həqiqi insanlar, həqiqi tanrı övladlarına çevriləcəklər. Siz necəsinizsə, uşaqlarınız da sizə bənzəyəcəkdir. Nevrozlarınız nəsildən-nəsilə ötürülərək davam edir. Amma azadlıq verən, ətrafınızdakıları inkişaf etdirən və xoşbəxt edən sevginiz də nəsildən-nəsilə varlığını davam etdirir.