Məhsul kodu: 4851
Haruki Murakaminin ən məşhur əsərlərindən biri də “Kafka Sahildə” əsəridir. Əsərin baş qəhrəmanı 15 yaşlı bir oğlandır, əsl adı əsərdə verilməsə də, oğlanın özünə ləqəb kimi götürdüyü, Franz Kafkanın şərəfinə özünü Kafka adlandırması əsərdə göstərilmişdir. Kafka bir gün evdən qaçır, o uşaq ikən, 4 yaşında anası və özündən bir neçə yaş böyük olan bacısı onu tərk etmişdilər. Uşaqlıq illərindən aldığı travmalar, atasının ona etdiyi lənət onun sıradan bir insan kimi olmamasına şərait yaratmışdır. Evdən qaçaraq tək yaşamağa başlayan Kafka müxtəlif yerlərdə olur, müxtəlif insanlarla ünsiyyətdə olur. Əsərdə Kafka ilə yanaşı paralel olaraq Nakata adlı qoca kişinin həyatından bəhs edilir. Uşaq vaxtı sinif yoldaşları ilə gəzintiy çıxarkən müəmmalı şəkildə uşaqlar huşalrını itirirlər, lakin sonradan əvvəlki hallarına dönürlər, yalnız Nakata bir neçə gün ayılmır, ayılanda isə bütün yaddaşını itirmiş halda olur. Əvvəllər sinfin birincisi olan Nakata artıq çox zəifləyir, sinfin, ailənin diqqətindən kənarda qalır, getdikcə tənhalığa çəkinir. Belə bir güman var ki, əslindı Kafka ilə Nakata eyni insandır, amma bu sadəcə bir fərziyyədir. Getdikcə tənhalığına öyrəşən Nakatada heç kimdə görünməyən bir xüsusiyyət, pişiklərlə danışmaq bacarığı yaranır. Bunun sayəsində o “pişik dedektivi” olur.