Məhsul kodu: 6757
Tural Atəş YAĞMURLA GƏLƏN Romanda üç paralel dünyadan, üç fərqli yaşamdan söhbət açılır. Ailənin, cəmiyyətin formalaşdırdığı və özünü yenidən yaradan insan obrazları ön plana çəkilir. Yaşadığı dəhşətli olaylardan sonra həyatında dönüş yaradan və ya mənən çöküb məhv olan surətlər bir-birini əvəz edir. “Yağmurla gələn” əksər əsərlər kimi ideallaşdırılmış müsbət qəhrəmanlardan ibarət deyil, insan simasının ən qaranlıq tərəflərini sərgiləyən, həyatın içindən olan real obrazları özündə açır. Mahiyyət olaraq, əsər həyatın iki üzünü – ağı və qaranı simvolik şəkildə ortaya çıxarsa da, daim daha qarışıq bir mərhələnin də varlığını təsdiq edir. “Yağmurla gələn” sadəcə bədii əsər deyil, həyatla, cəmiyyətlə, dövrlə aparılan silahsız savaşda ön sıralarda yer alan insanların dramıdır...