Məhsul kodu: 6820
Kreyser sonatası əsərində hadisələr bir qatar səyahətinin təsviri ilə başlayır. Əsərin qəhrəmanı Pozdnışev qatarda olan sərnişinlərin sevgi haqqındakı ümumi söhbətinə qarışır. Özünün gənc qayğısız illərindəki əyləncələrindən, qadınların geyimlərinin kişi istəklərini əldə etmək üçün nəzərdə tutulduğundan, onları ehtiras aləti kimi gördüyünü və eyni zamanda bununla da kişilərə hökm etdiklərini dilə gətirir. Povestin daha sonrakı hissələrində Pozdnışev Tolstoyun haqqında heç bəhs etmədiyi bir sərnişinə həyat hekayəsini danışması ilə davam edir.