Məhsul kodu: 7873
Neonasistlər tərəfindən yandırılan və bir əməkdaşı öldürülən xəfiyyə bürosuna itkin düşmüş biznesmen barədə məlumat daxil olur. Sirr pərdəsinə bürünmüş bu hadisəni araşdırmaq ahıl xəfiyyə Tabor Züdenə həvalə edilir. Yanğın zamanı öldürülmüş həmkarının və intihar etmiş dostunun itkisi ilə barışa bilməyən Züden ağır depressiya keçirir. Amma biznesmeni tapmaq üçün əlindən gələni etməli, xəfiyyə bürosunun yenidən dirçəlişinə çalışmalıdır. İtkin düşən biznesmenin keçmiş sevgililəri nəyisə gizlədir. Züden və həmkarı Patrisiya şübhəliləri izləməyə davam etdikcə şübhələr artır. Atası itkin düşmüş biznesmeni xatırlamaq istəmir. Onun keçmişi ailə üçün qəbuledilməzdir. Yustus bir ailədə həm nənə, həm qız, həm də nəvə ilə eşq macərası yaşayıb. Onun müəmmalı şəkildə yoxa çıxmasında günahkar kimdir? Dükanını bağışladığı keçmiş sevgilisi, yoxsa nəvəsinin və qızının qisasını almaq istəyən birlikdə yaşadığı qadın? Bəlkə Yustusu keçmişi təqib edir?