Məhsul kodu: 8631
«Köhnə Bakı» kitabı həyatın hər üzünü görmüş, min-min əzab-əziyyətə mərdliklə sinə gərmiş mübariz bir sənətkarın yanar qəlbinin əks-sədasıdır. H.Sarabskinin xatirələri Azərbaycan səhnəsinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq ucbatından bir çox arzularına yetə bilməyən, ancaq özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş neçə-neçə sənət fədaisi barədə qiymətli, nadir faktlarla zəngindir.
«Köhnə Bakı» adlı bu əsərdə keçmiş Bakının adət-ənənələri, məşğələ və oyunları, «qəhrəmanları», Azərbaycan teatrının o dövrdəki vəziyyəti, ayrı-ayrı sənətkarlar haqqında qiymətli məlumatlar öz əksini tapmışdır.