Məhsul kodu: 8731
“Odlu Diyar” romanı A.Zöhrabbəyovun natamam və yeganə əsəridir. Vaxtsız ölüm bu şübhəsiz istedadlı insanın yaradıcılığını, necə deyərlər, yarı yolda qoydu. XII əsr Bakısının olduqca maraqlı tarixi səhifələrindən birinin canlandırıldığı bu əsərdə son dərəcə bədii bir ahəngdarlıqla Azərbaycanla Gürcüstan arasındakı siyasi və mədəni münasibətlərdən, Şirvanşahlar sülaləsi nümayəndələrinin xarakterlərindən, o dövrün adət-ənənələrindən, bəsit bir təsadüf nəticəsində saray fitnə-fəsadının mərkəzinə düşmüş Səlim adlı gənc bir şairdən bəhs olunur.