Məhsul kodu: 8734
Floranın valideynləri ayrılıb və o, həftənin beş gününü anası, ögey atası və ögey qardaşı ilə, iki gününü isə atası ilə keçirir. Ancaq anasıgil Sidneyə getməyə qərar verəndə onun həyatının bu düzəni pozulur və o, seçim etmək məcburiyyətində qalır. O ya anası, ögey atası və ögey qardaşı ilə Avstraliyada zəngin həyatı seçməli, ya da həyatda heç vaxt bəxti gətirməyən, lakin qızını hədsiz sevən atasının yanında qalıb onunla birgə çətinliklərin öhdəsindən gəlməlidir. Bəs bu seçimi məktəb həyatına, ən yaxşı hesab etdiyi rəfiqəsi ilə münasibətinə necə təsir edəcək? Bir vaxtlar xeyli firavan həyat sürən qızcığaz nələrlə barışmalı olacaq?
Bu kitab mövzu əhatəliliyi baxımından nəinki məktəblilərin, həmçinin valideynlərin ciddi və tale yüklü qərarlar almazdan öncə oxumalı olduğu kitabdır. Kiçik qızcığazın timsalında oxucu boşanmış valideynlərin övladı olmağın, bu yükü daşımağın emosional baxımdan nə qədər ağır olduğunu dərk edir.